Müxalifətə qarşı heç bir repressiya yoxdur. Proseslər seçki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Təəssüf ki, seçki korrupsiyasının bir çox nümunəsi var. Əlbəttə ki, Ermənistanın dövlət qurumları buna reaksiya verməlidir”, - Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri keçirilir. (Axar.az)











