Fərat çayının ortasında anidən peyda oldu - İLK DƏFƏ

Fərat çayının ortasında anidən peyda oldu - İLK DƏFƏ

Türkiyənin Şanlıurfa vilayətinin Birecik rayonunda qeyri-adi hadisə yaşanıb. Fərat çayında qayıqla gəzintiyə çıxan vətəndaşlar suda üzən at gördükdə böyük təəccüb keçiriblər.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, son yağışlardan sonra Birecik bəndində suyun səviyyəsi yüksəlib. İddialara əsasən, suyun normallaşdırılması üçün bənd qapıları açılıb və nəticədə Fərat çayında axın güclənib.

Qayıqla çayda hərəkət edən şəxslər əvvəlcə suda üzən canlını ayırd edə bilməyiblər. Yaxınlaşdıqda isə bunun sahibsiz at olduğunu görüblər.

Vətəndaşların səyi nəticəsində at çayın ortasından çıxarılaraq sahilə gətirilib.

Hazırda atın sahibinin tapılması istiqamətində araşdırma aparılır. Atın axın səbəbindən suya düşdüyü, yoxsa özü çaya girdiyi hələlik məlum deyil.