İran hərbçiləri ABŞ tərəfindən hərbi zərbələrin güclənəcəyi və ya genişləndiriləcəyi təqdirdə strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazı və Qırmızı dəniz vasitəsilə beynəlxalq gəmiçilik hərəkətini tamamilə bloklaya biləcəkləri ilə bağlı Vaşinqtona sərt xəbərdarlıq ediblər.
NOCOMMENT.az xəbər verir ki, "The Wall Street Journal" nəşrinin məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, əgər ABŞ rəhbərliyi hərbi əməliyyatları intensivləşdirərsə və ya regionda quru qoşunlarının müdaxiləsi kimi riskli ssenariləri nəzərdən keçirərsə, İran buna cavab olaraq Bab əl-Məndəb boğazını və Qırmızı dənizi kilidləmək üçün konkret addımlar ata bilər. Qeyd olunur ki, bu tədbirlərə həmin marşrutdan keçən gəmilərə birbaşa hücumların təşkil olunması da daxildir.
SEPAH-dan şok hədə: ABŞ hücumlarını gücləndirərsə, Bab əl-Məndəb boğazı bağlana bilər
Ekspertlər hesab edirlər ki, regionda artan gərginlik fonunda qlobal dəniz ticarətinin əsas arteriyalarından biri olan bu strateji nöqtənin təhlükə altına düşməsi bütün dünya üzrə enerji təhlükəsizliyinə və logistik zəncirlərə ciddi zərbə vura bilər.
Sara,
NOCOMMENT.az











