Fransadan Ukrayna ilə bağlı YENİ GEDİŞ – “Saxlayıcı qüvvələr” göndəriləcək

Fransadan Ukrayna ilə bağlı YENİ GEDİŞ – “Saxlayıcı qüvvələr” göndəriləcək

“Fransa sülh sazişi imzalandıqdan sonra Ukrayna ərazisində xüsusi “saxlayıcı qüvvələr” yerləşdirilə bilər. Bu qüvvələr döyüş bölgəsindən uzaq şəhərlərdə, məsələn, Kiyev və ya Odessada fəaliyyət göstərəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

Onun sözlərinə görə, missiyada Böyük Britaniya, Fransa və Türkiyənin hərbi qulluqçuları iştirak edəcək.

Onların əsas vəzifələri Ukrayna ordusunu hazırlamaq və təhlükəsizliyi təmin etmək olacaq. Prezident bunun NATO missiyası olmadığını xüsusi vurğulayıb.

O əlavə edib ki, təxminən iyirmiyə yaxın ölkə quru, dəniz və ya hava qüvvələri ilə missiyada iştirak etməyə hazırdır.

Bu model NATO-nun Şərq cinahındakı dövlətlərə göstərdiyi dəstəyə bənzər şəkildə həyata keçiriləcək.