Futbol matçında FACİƏ - Bu ölkədə

Futbol matçında FACİƏ - Bu ölkədə

Malayziyada keçirilən futbol oyunu zamanı meydançadakı idmançılardan birini ildırım vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Mothership" nəşri məlumat yayıb.

Hadisə "Veteran" və "Tanjunq Minyak" komandaları arasındakı yoldaşlıq görüşündə qeydə alınıb.

Matçın başlamasından on dəqiqə sonra zəif yağış yağıb, ardınca isə ildırım çaxıb. Nəticədə qarşılaşmanın hakimi və iki futbolçu huşsuz halda yerə yıxılıb. Oyunçulardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Malayziya Futbol Assosiasiyasının rəhbəri qeyd edib ki, matç təşkilatçıları əlverişsiz hava şəraiti yaranarkən oyunları dayandırmaqdan və ya təxirə salmaqdan çəkinməməlidirlər.(oxu.az)