Suriya Prezidenti əş-Şəra Fransa Prezidenti Emmanuel Makronun Dəməşqə səfəri zamanı baş vermiş partlayışlara baxmayaraq göstərdiyi mövqeyi yüksək qiymətləndirib və onun cəsarətini salamladığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, Makron partlayışlar haqqında məlumatlandırıldıqdan dərhal sonra səfərin davam edəcəyini və proqramın plana uyğun həyata keçiriləcəyini bəyan edib
Suriya rəhbəri hesab edir ki, bu gün Suriyanın uğurları bir çox insanlara zərər verib və ölkənin xarabalıq içində qalmasını istəyənlər Suriyanın nailiyyətlərindən narahatdırlar. Hazırda araşdırmaların aparıldığını qeyd edən əş-Şəra, bu dəhşətli cinayəti törədənlərin çox qısa müddətdə həbs olunacağına inandığını bildirib. O, bu hücumun Suriya dövlətinin və onun dəstəkçilərinin ölkəni bərpa etmək əzmini daha da gücləndirdiyini vurğulayıb.
Əli Səfərli,











