Gümrü meri Vardan Qukasyanın səhhəti İrəvan-Kentron həbsxanasında pisləşib.
NOCOMMENT.az bildirir ki, Ermənistan mediasının məlumatına görə, bu barədə onun vəkili Zarui Postancyan açıqlama yayıb.
“Onun həyatı üçün təhlükəli vəziyyət yaranıb. Mən onun həyatı, sağlamlığı və fiziki təhlükəsizliyi ilə bağlı son dərəcə narahatam. Mənə məlumat verildi ki, onun kamerasına yeni insanlar köçürülüb”, – vəkil bildirib.
Postancyan bildirib ki, həbsxana rəhbərliyi ona müvəkkili ilə görüşməyə icazə verməyib və Qukasyanla eyni kameraya kimin yerləşdirildiyi barədə məlumat verməkdən imtina edib.
Bundan əlavə, Ermənistan Səhiyyə Nazirliyi tibbi məxfiliyi əsas gətirərək hansısa tibbi sənəd və ya məlumat verməkdən imtina edib.
Postancyan Baş prokuror Anna Vardapetyana müraciət ünvanlayaraq, onun peşəkar fəaliyyətinə mane olmağı dərhal dayandırmasını tələb edib.












