Günəşdə 2025-ci ilin ən güclü partlayışı baş verir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Bildirilir ki, hazırda partlayışın miqyası böyüyür.
Qrafikə görə, onun intensivliyi artıq X5.15 səviyyəsini keçib.
Qeyd edək ki, bu gün günün sonunda maqnit qasırğası G1-G2 intensivliyində, noyabrın 12-də isə G3-G4 səviyyəsində olacağı açıqlanıb.












