Türkiyə hərbi təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradı – VİDEO

Türkiyə hərbi təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradı – VİDEO

Gürcüstan-Azərbaycan sərhədində hərbi təyyarə qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Məlumatda qəzaya uğrayan hərbi təyyarənin Türkiyə Silahlı Qüvvələrinə məxsus olduğu qeyd edilib.

Detallar açıqlanmayıb.

***

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzası ilə bağlı açıqlama yayıb.

NOCOMMENT.az xəbər verir ki, açıqlamada qəzaya uğrayan hərbi təyyarənin Türkiyəyə məxsus olması təsdiqlənib.

Qeyd edilib ki, Türkiyəyə uçan C-130 karqo təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

Bildirilib ki, axtarış-xilasetmə işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanılıb.