İmamoğlu 2352 ilədək həbs cəzası ilə üz-üzədir

İmamoğlu 2352 ilədək həbs cəzası ilə üz-üzədir

Türkiyədə sabiq İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğluna qarşı ağır ittihamlarla bağlı yeni məhkəmə mərhələsi başlayır.

NOCOMMENT.az xəbər verir ki, TRT-nin məlumatına görə, İstanbul Ali Cinayət Məhkəməsi İmamoğlu barəsində hazırlanan ittiham aktını qəbul edib və ilk məhkəmə iclasının tarixi yaxın günlərdə müəyyən ediləcək.

İstanbul bələdiyyəsində korrupsiya işi üzrə 400-dən çox şəxs şübhəli qismində tanınıb. Onlardan 105-i hazırda həbsdədir. İstintaqa görə, ittihamlar “İmamoğlu tərəfindən yaradıldığı” iddia edilən, gəlir əldə etməyə yönəlmiş “cinayətkar təşkilat”ın fəaliyyəti ilə bağlıdır.

Sabiq merə ümumilikdə 142 maddə üzrə irəli sürülən ittihamlar səbəbilə 828 ildən 2352 ilədək həbs cəzası tələb olunur.

İttiham aktında İmamoğlu cinayətkar təşkilat yaratmaq, rüşvət almaq, cinayət yolu ilə əldə edilmiş gəlirləri yumaq, dövlət qurumlarına qarşı dələduzluq, şəxsi məlumatlarla bağlı qanun pozuntuları, cinayət işləri üzrə sübutları gizlətmək və tenderlərdə qanunsuz sövdələşmələrə girmək kimi çoxsaylı hüquq pozuntularında günahlandırılır.