08:28
İran hava məkanını bağlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma) yayımlayıb.
Bildirilib ki, əvvəlcədən icazə alınmış beynəlxalq uçuşlar istisna olmaqla, hava məkanı bağlanıb.
Vətəndaşlardan biri təyyarədə olarkən video çəkib paylaşıb.
Şəxs hava limanı bağlandığı üçün geri dönüş edildiyini, heç yerə buraxılmadıqlarını qeyd edib.
Qeyd edək ki, 5 saat sonra İran hava limanını açıb.
Həmin videonu təqdim edirik:













