İran İordaniya və Küveytdə ABŞ hərbi bazalarına zərbələr endirdi

İran İordaniya və Küveytdə ABŞ hərbi bazalarına zərbələr endirdi

İran ordusu İordaniya və Küveytdəki ABŞ hərbi bazalarına, eləcə də Bəhreyndə bir zavoda PUA-lardan zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Bu gün səhər saatlarında İran ordusu İordaniyada ABŞ-nin təchizat və logistika anbarına, silahlı qüvvələrinin yerləşdiyi məkanlara, Küveytdəki Ərifcan düşərgəsində zirehli briqadaya məxsus batalyonunun yerləşdiyi əraziyə, həmçinin Bəhreynin ən böyük alüminium zavoduna PUA-larla zərbələr endirib”, – deyə bildirilib.