İranda BİABIRÇI SƏRGİ – Robot dedilər, insan çıxdı – VİDEO

İranda BİABIRÇI SƏRGİ – Robot dedilər, insan çıxdı – VİDEO

İranda sərgidə nümayiş etdirilən “robotlar” insan çıxıb.

NOCOMMENT.az xəbər verir ki, İranda keçirilən texnologiya sərgisində nümayiş etdirilən robotların əslində insan olduğu ortaya çıxıb.

Sərgidə texnoloji yenilik kimi təqdim edilən “robotlar” tamaşaçılara insana bənzəyən hərəkətləri və danışığı ilə diqqət çəkmişdi. Lakin media və sosial şəbəkələrdə yayılan görüntülər göstərib ki, sərgidə robot kimi təqdim edilənlər xüsusi geyim və makiyaj vasitəsilə insan iştirakçılar olub.

Hadisə sərginin etibarlılığı və texnoloji təqdimatlar haqqında müzakirələrə səbəb olub.

Görüntüləri təqdim edirik.