İsrail Müdafiə Ordusu (SAXAL) həftəsonu ərzində Livanın cənubunda "Hizbullah" qruplaşmasının mövqelərinə intensiv hava və quru zərbələri endirib. Əməliyyat nəticəsində İsrail qüvvələrinin yaxınlığında fəaliyyət göstərən 10-dan çox yaraqlı zərərsizləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, hücumlar zamanı təşkilata məxsus 40-dan çox strateji obyekt hədəf alınıb. Vurulan hədəflər arasında hərbi məqsədlər üçün istifadə edilən binalar, silah-sursat anbarları, raketatıcı qurğular və digər mühüm infrastruktur elementləri yer alıb.
Sara,
NOCOMMENT.az












