64 yaşlı qadının meyiti evinin həyətində tapıldı

64 yaşlı qadının meyiti evinin həyətində tapıldı

Mingəçevirdə fərdi yaşayış evinin həyətində qadın meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Samux küçəsində, "Şəlalə" kafesi yaxınlığındakı fərdi təsərrüfatlardan birində baş verib.

1962-ci il təvəllüdlü şəhər sakini İskəndərova Nübar Ələmbər qızı yaşadığı həyətdə ölmüş vəziyyətdə aşikarlanıb.

Faktla bağlı araşdırma aparılır./Teleqraf/