Biləsuvarda AĞIR QƏZA - Xəsarət alanlar var

Biləsuvarda AĞIR QƏZA - Xəsarət alanlar var

Biləsuvar rayonunda yol qəzası baş verib.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında Biləsuvar rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar rayon xəstəxanaya hospitalizasiya olunublar.

TƏBİB-dən bildirilib ki, Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1961-ci il təvəllüdlü şəxsə (qadın) döş qəfəsi və sol baldırın səthi travmaları, üz nahiyəsində sınıq və çıxıq xəsarətləri diaqnozu qoyulub. Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib və ixtisaslaşmış müalicə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

1950-ci il təvəllüdlü şəxsə (qadın) isə döş qəfəsinin sol tərəfli 9-cu və 10-cu qabırğalarının sınığı və sol baldırın səthi travması diaqnozları təyin edilib. Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.