İsrail bu ölkəyə də hücum etdi

İsrail bu ölkəyə də hücum etdi

İsrail Müdafiə Ordusu Suriyanın cənubundakı hərbi infrastruktura zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələri (IDF) açıqlayıb.

IDF-in bildirdiyinə görə, zərbələr Əs-Süveydada druzların hücuma məruz qalmasına cavab olaraq endirilib. İsrail ordusu Suriya hökumət qüvvələrinin hərbi obyektlərindəki komandanlıq mərkəzinə və silah-sursat anbarlarına zərbələr endirib.

Ordu Suriyanın cənubunda vəziyyəti izləməyə davam etdiyini və siyasi rəhbərliyin göstərişlərinə uyğun addımlar atacağını vurğulayıb./Trend/