İsrail və İran arasında artan gərginlik fonunda ölkə vətəndaşlarına qarşıdakı günlərin mürəkkəb və riskli ola biləcəyi barədə xəbərdarlıq edilib.
NOCOMMENT.az xəbər verir ki, Blbu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman açıqlama verib.
Gendelman ABŞ və İran arasında aparılan əməliyyatlar fonunda əhalini Arxa Cəbhə Komandanlığının göstərişlərinə ciddi şəkildə əməl etməyə çağırıb.
O bildirib ki, qarşıda “asan olmayan günlər” var və “Şir nəriltisi” adlı əməliyyat davam edir.
Müşavirin sözlərinə görə, əməliyyatın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. O, İran hakimiyyətini İsrail üçün “birbaşa ekzistensial təhlükə” adlandırıb və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Sara
NOCOMMENT.az











