Rusiyada hakim "Yedinaya Rossiya" partiyası Ramzan Kadırovun Çeçenistan Respublikasının rəhbəri vəzifəsinə növbəti dəfə namizədliyini irəli sürüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə qərar partiyanın Qroznı şəhərində keçirilən regional konfransı zamanı qəbul edilib. Partiya üzvləri yekdilliklə Ramzan Kadırovun namizədliyini dəstəkləyərək onu qarşıdan gələn seçkilərdə respublika rəhbəri postu uğrunda mübarizə aparacaq rəsmi namizəd kimi təsdiqləyiblər.
Beləliklə, mövcud qərarla Kadırovun Çeçenistanın rəhbəri kimi fəaliyyətini davam etdirməsi üçün hakim partiyanın rəsmi dəstəyi təmin edilib.
Əli Səfərli,
NOCOMMENT.az












