Ukrayna Prezidenti Volodimir Zelenskinin bu il keçiriləcək NATO sammitindəki iştirakı və çıxış formatı ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşrinin şərhçisi Ouen Metyus məlumat yayıb. Nəşrin qeyd etdiyi kimi, Zelenski üçün ən problemli məqam onun sammitin əsas iclasında iştirak etməməsi və əvvəlki illərdən fərqli olaraq, Alyans liderləri qarşısında çıxış etməməsinin planlaşdırılmasıdır.
Müəllif iddia edir ki, NATO rəhbərliyi Donald Trampı qıcıqlandırmamaq üçün Ukrayna məsələsini və Zelenskinin özünü kənarda saxlamağa qərar verib. "Alyans Zelenskini və bütün Ukrayna mövzusunu kənara qoymaq qərarına gəlib, çünki Trampın narazılığına səbəb olmaqdan çəkinirlər", – deyə yazıda vurğulanır.
Qeyd edək ki, məhdudiyyətlərə baxmayaraq, sammit çərçivəsində Zelenski ilə Tramp arasında təkbətək görüşün keçirilməsi nəzərdə tutulur.
Əli Səfərli,
NOCOMMENT.az











