Kadırov yenidən “qızışdı”: Döyüşə can atır və…

Kadırov yenidən “qızışdı”: Döyüşə can atır və…

Çeçenistan rəhbəri Ramzan Kadırov Avropaya qarşı sərt çıxış edib.

NOCOMMENT.az xəbər verir ki o, bildirib ki, hərbi əməliyyatlara qoşulmağa hazırdır.

“Biz heç kimə güzəşt etməyəcəyik, Vladimir Vladimiroviç, əmri gözləyirik! Hər şey çox tez və Rusiya ilə müharibə başlatmaq istəyənlərin xeyrinə olmayacaq şəkildə bitəcək. Mənim bir sualım var, Vladimir Vladimiroviç: əgər bu başlasa, onlar dərhal könüllü şəkildə üzr istəsələr, bizə inciməzsiniz ki?” – deyə Kadırov “Telegram” kanalında yazıb.

Onun bəyanatı Rusiya rəhbərliyinə sədaqət nümayişi və Avropaya yönəlmiş təhdid kimi qiymətləndirilir.