Rusiyada pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan müəssisəyə qarşı sui-qəsd həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, məşhur FPV-dronların ("Upır" / "Упырь") istehsalat direktoru Vladimir Tkаçukun idarə etdiyi avtomobil partladılıb.
Məlumata görə, maşının altına quraşdırılmış əldəqayırma partlayıcı qurğunun (İED) işə düşməsi nəticəsində güclü partlayış baş verib. Nəticədə V.Tkaçukun mühafizəçisi hadisə yerində həlak olub.
Ağır yaralanan baş direktor isə reanimasiyaya yerləşdirilib, həkimlər onun həyatı üçün mübarizə aparırlar.











