Macarıstanın siyasi arenasından ölkənin keçmiş rəhbərliyinə qarşı ağır ittihamların yer aldığı növbəti səs-küylü araşdırma yayımlanıb. Macarıstan jurnalistlərinin apardığı müstəqil təhqiqat nəticəsində keçmiş baş nazir Viktor Orbanın qanunsuz əməliyyatlara birbaşa rəhbərlik etdiyi iddia olunur.
NOCOMMENT.az xəbər verir ki, Macarıstan mətbuatında yayılan araşdırma materiallarına görə, martın 5-də Budapeşt ətrafında Ukraynanın "Oşadbank"ına məxsus inkassator maşınlarının və daxilindəki külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi barədə əmri şəxsən o dövrün baş naziri Viktor Orban verib. İddialara görə, Orban bu addımı Rusiya zərbələri nəticəsində zədələnən, lakin Ukrayna tərəfindən tamamilə bağlandığı iddia edilən "Drujba" neft kəmərinə cavab reaksiyası olaraq atıb.
Macarıstanın nüfuzlu "Telex" nəşri hökumətdəki etibarlı və məsələdən agah olan mənbələrə istinadən bu gizli danışıqların detallarını ictimaiyyətə açıqlayıb.
Sözügedən qalmaqallı jurnalist araşdırmasına Macarıstanın hazırkı Baş naziri Peter Madyar da dərhal reaksiya verib. Madyar öz rəsmi "Facebook" hesabında etdiyi paylaşımda Viktor Orbanın hüquq-mühafizə orqanlarını və xüsusi xidmət qüvvələrini tamamilə "əl rejimində" idarə etdiyini bildirib. Hazırkı hökumət başçısı Orbanın qanun qarşısında mütləq şəkildə cavab verməli və məsuliyyətə cəlb olunmalı olduğunu vurğulayıb.
Sara,












