Ərdoğana qarşı sui-qəsd cəhdləri - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Ərdoğana qarşı sui-qəsd cəhdləri - DƏHŞƏTLİ TƏFƏRRÜAT

FETÖ-nün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı 15 iyuldan əvvəl və həmin gecə dəfələrlə sui-qəsd cəhdi etdiyi üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, "Türkiye" qəzetinə məlumat verən təhlükəsizlik mənbəsinin bildirdiyinə görə, xain çevriliş cəhdindən qısa müddət əvvəl Ərdoğan hərbi təlimdə iştirak etməli idi. Lakin bir sıra şübhəli fəaliyyətlər müşahidə olunduqdan sonra Prezidentin proqramı ləğv edilib. Daha sonra məlum olub ki, Ərdoğana qarşı Misir Prezidenti Ənvər Sədatın öldürüldüyü 6 oktyabr 1981-ci il tarixli Misir Zəfər Paradındakına bənzər sui-qəsd planlaşdırılıb. Hadisənin arxasında FETÖ-nün olduğu müəyyənləşdirilib.

Mənbə bildirib: "Əraziyə bir növ intihar qrupları yerləşdirmişdilər. Təşkilatlanma bu qrupun məqsədinə çatıb-çatmamasından asılı olmayaraq heç bir halda sağ ələ keçirilməməsi üzərində qurulmuşdu. Ordu və kəşfiyyat şübhəli hərəkətlilik səbəbindən Prezidentimizi xəbərdar etdi və xain plan son anda əngəlləndi. Hadisədən sonra ordu rəhbərliyində bir sıra dəyişikliklər baş verdi".

Kan donduran suikast planları! FETÖ, Erdoğan'ı öldürmek için her yolu denemiş

Hər cür ssenari mövcud idi

Ehtiyatda olan briqada generalı İbrahim Büyükbaş 15 iyuldan üç ay əvvəl Ərdoğanın təyyarəsinin havada vurulması ilə bağlı FETÖ tərəfindən qərar qəbul edildiyini açıqlayıb. Büyükbaş bildirib: "Prezidentimizin varlığı FETÖ tərəfindən ən böyük əngəl olaraq görülürdü. Bütün planlar da onu aradan qaldırmaq üzərində qurulmuşdu. Çevriliş şurası bununla bağlı ssenarini də hazırlamışdı. Dalaman hava əməliyyatının ən mühüm hissələrindən biri də hava limanında gözlədilən xarici aviaşirkətə məxsus təyyarə idi".

Büyükbaş qeyd edib ki, əgər helikopterlər Ərdoğanı oteldən ala bilsəydi, o, həmin təyyarəyə mindiriləcək və havada edam ediləcəkdi. Üstəlik, "Yanında kiloqramlarla qızıl və milyonlarla dollarla qaçır, təhlükəsizlik qüvvələri ilə girdiyi silahlı toqquşmada ölü olaraq ələ keçirildi" yalanı ilə Prezidentimizə böhtan atacaqdılar. Bütün hazırlıqlar da bu ssenariyə uyğun aparılmışdı. Çevrilişi daha tez etməyə məcbur qalmaları, helikopterlərdən birinin əməliyyata gec qoşulması, MİT rəhbərinin Baş Qərargaha səfəri, xalqın küçələrə tökülməsi və Ərdoğanın qətiyyətli duruşu hər şeyi dəyişdi.

FETÖ’cüler tarafından saldırıya uğrayan Cumhurbaşkanı’nın kaldığı oteldeki mermi izleri hâlâ duruyor.

Tarixin axarı dəyişdi

Müdafiə Nazirliyinin sabiq Kiber Müdafiə Komandiri Büyükbaş Ərdoğanın həmin axşam sui-qəsd qrupları gəlməzdən dəqiqələr əvvəl oteldən ayrılmasını və Dalamandan çıxaraq İstanbula çatmasını tarixin axarını dəyişən hadisə kimi qiymətləndirib. Büyükbaşın fikrincə, xalqa müqavimət göstərmək çağırışı edən Baş Komandanın başıpozuq çevrilişçiləri məğlub etməsi təkcə Türkiyə və bölgə baxımından deyil, dünya miqyasında da təsirli oldu.

Misir Prezidenti Ənvər Sədat 1981-ci il oktyabrın 6-da Qahirədə keçirilən hərbi keçid mərasimi zamanı sui-qəsd nəticəsində öldürülüb. FETÖ eyni ssenarini dəfələrlə Ərdoğan üçün də tətbiq etməyə çalışıb, lakin kəşfiyyat məlumatları sayəsində bu planlar uğursuz olub.

FETÖ’cüler tarafından saldırıya uğrayan Cumhurbaşkanı’nın kaldığı oteldeki mermi izleri hâlâ duruyor.

Təyyarə gətirmişdilər

Xain çevriliş cəhdindən sonra hazırlanan dosyelərdə Dalamanda İsveçrə mərkəzli "Albinati Aeronautics" şirkətinə məxsus təyyarənin şübhəli varlığına yer verilib. Şirkətə məxsus təyyarənin 15 iyul axşam saatlarında Dalaman Hava Limanına endiyi müəyyən edilib. Sözügedən təyyarənin digər şübhəli fəaliyyəti isə Ərdoğan hava limanına gəlməzdən dərhal əvvəl təcili qalxış üçün icazə istəməsi və Ərdoğanın hava limanından ayrılmasından qısa müddət sonra uçuşu ləğv etməsi olub.

Şübhəli hava vasitəsi ilə bağlı protokolların ABŞ üzərindən və may ayından etibarən başladığı qeydə alınıb. Eniş günü və saatin bir neçə dəfə dəyişməsi, təyyarənin sərnişin siyahısında yer alan Dario Paolo Mordasini, Piera Denise Valter və Benedikt Kissling adlandırılan şəxslərin hadisədən dərhal sonra Göçəkə hərəkət etdikləri və ardından böyük bir yaxta ilə iyulun 16-sı səhər saatlarında Afinaya getdikləri sənədlərdə əksini tapıb.

Turnar,
NOCOMMENT.az