Bu universitetdə 6 kafedra ləğv olundu - Rektordan sərt qərar

Bu universitetdə 6 kafedra ləğv olundu - Rektordan sərt qərar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) əsaslı struktur və kadr islahatları aparılıb.

NOCOMMENT.az xəbər verir ki, bunu ali məktəbin rektoru, dosent Rüfət Əzizov bildirib.

Onun sözlərinə görə, ADNSU-da 6 kafedra ləğv edilib, digərləri isə yenidən təşkil olunub: “Nəticədə kafedraların sayı 24-dən 18-ə endirilib. 14 kafedraya yeni müdir təyin olunub. Hazırda kafedra müdirlərinin orta yaşı 45-ə yaxındır. Əvvəllər bu 60-dan çox idi”.

Rektor deyib ki, son bir ildə ADNSU-da 30-dan çox gəncə vəzifə verilib. Bundan başqa, ali məktəbə 3 yeni prorektor təyin olunub ki, onların da hamısı gənclərdir. (Ölkə.az)