Bu iln may ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində anbarlar ərazisində baş vermiş yanğında yanan anbarlardan biri də "Aztelekom" MMC-ə məxsus olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə zamanı şirkətin anbarında olan bir çox telekommunikasiya avadanlıqları yanıb.
Mənbənin verdiyi məlumata görə, yanğın nəticəsində “Aztelekom”a 20-25 milyon manatdan artıq zərər dəyib.
Qeyd edək ki, məsələ ilə bağlı şirkətə sorğu göndərilib.
Xatırladaq ki, may ayında Lökbatan qəsəbəsində baş verən sözügedən hadisə zamanı "Kontakt Home" və “Birmarket”ə məxsus anbarlar da yanıb. (Plat.az)












