Ukraynanın Ukraynanın Xarici Kəşfiyyat Xidməti Rusiyanın strateji sahələrdə Çindən ciddi şəkildə asılı olduğunu açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Rusiya 2030-cu ilə qədər əsas sahələrdə 70–90% texnoloji müstəqilliyə nail olmağı planlaşdırsa da, real göstəricilər bu hədəflərdən xeyli geri qalır.
Qərb texnologiyalarına çıxış məhdudlaşdırıldıqdan sonra Rusiya faktiki müstəqillik əldə etmək əvəzinə sadəcə təchizatçılarını dəyişib. Nəticədə mikroçip idxalında Çinin payı 90 faizə çatıb.
“Hesabata əsasən, bu vəziyyət Rusiyanın uzunmüddətli perspektivdə Pekindən birtərəfli asılılıq riskini artırır”, – deyə qeyd olunub.
Xarici Kəşfiyyat Xidməti vurğulayır ki, kadr çatışmazlığı və məhdud istehsal imkanları səbəbindən Rusiyanın 2030-cu il üçün elan etdiyi texnoloji hədəflərə çatması ehtimalı aşağıdır.
Qurumun qiymətləndirməsinə görə, mövcud vəziyyət Moskvanın strateji müstəqilliyini zəiflətməkdə davam edir.
Aliyə











