“Avropa İttifaqı daxilində hamı Ukraynadakı müharibənin real gedişatını anlayır və Kiyevin vəziyyətinin çətin olduğunu bilir”.
NOCOMMENT.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
Baş nazirin sözlərinə görə, Vladimir Zelenski tez-tez Avropa İttifaqı Şurasının iclaslarında iştirak edir və hərbi vəziyyətlə bağlı suallara optimist cavab verir.
Fitso qeyd edib ki, Zelenski belə hallarda “qalib gəlirik” desə də, Avropa liderləri müharibənin faktiki mənzərəsini gördüklərini düşünürlər.
Slovakiya hökumətinin rəhbəri həmçinin vurğulayıb ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar gözlənilən effekti verməyib. Onun fikrincə, anti-Rusiya iqtisadi məhdudiyyətləri Rusiya iqtisadiyyatına ciddi təsir göstərmir.
Fitso əlavə edib ki, əgər Ukrayna tərəfindən “Drujba” neft kəməri ilə Slovakiyaya neft nəqlinin dayandırılması qərarının siyasi motivli olduğu sübuta yetirilərsə, Slovakiya buna cavab tədbirləri görəcək.
Baş nazir məsələ ilə bağlı vəziyyətin diqqətlə izlənildiyini və ölkəsinin enerji təhlükəsizliyinin prioritet olaraq qalacağını da bildirib.
Aliyə












