Lənkəranda baş verən qəzada velosipedçi ağır xəsarət alıb.
NOCOMMENT.az-ın Cənub Bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb. "Nissan" markalı nəqliyyat vasitəsinin sürücüsü hərəkətdə olarkən Lənkəran rayon Vilvan kənd sakini 1959-cu il təvəllüdlü Çərkəz Mürivvət oğlu Rəhimovu vurub. Ağır xəsarət alan Ç.Rəhimov təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər xəsarət alan şəxsin vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.












