Köçəryandan İNQİLAB çağırışı - Paşinyan qaçacaq və... - ŞOK

Köçəryandan İNQİLAB çağırışı - Paşinyan qaçacaq və... - ŞOK

Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində daxili siyasi gərginlik pik həddə çatıb. Müxalifətin əsas liderlərindən biri, keçmiş prezident Robert Köçəryan rəsmi İrəvanı hərbi-siyasi böhran və xalq üsyanı ilə təhdid edib.

NOCOMMENT.az xəbər verir ki, Robert Köçəryan jurnalistlərə verdiyi son bəyanatında Paşinyan iqtidarının seçki nəticələrini saxtalaşdırmaq və ya inzibati resurslardan istifadə etməklə müxalifətin mümkün uğurunu əngəlləmək planlarına qarşı kəskin xəbərdarlıq edib.

Erməni ekskancleri bəyan edib ki, əgər hakimiyyət parlament seçkilərində müxalif qüvvələrin qazanacağı qələbəni hər hansı yolla "oğurlamağa" və ya "əllərindən almağa" cəhd edərsə, bu, ölkədə qarşısıalınmaz proseslərə yol açacaq:

"Əgər indiki rejim xalqın iradəsini boğmağa və müxalifətin legitim qələbəsini mənimsəməyə çalışsa, Ermənistan reallıqla üz-üzə qalacaq. Belə bir addım ölkədə qaçılmaz inqilabla nəticələnəcək. Biz öz haqlarımızı və xalqın səsini küçələrdə, meydanlarda sonadək qoruyacağıq".

Köçəryanın bu bəyanatı Ermənistan cəmiyyətində seçki sonrası ssenarilərlə bağlı ciddi narahatlıq yaradıb. Siyasi analitiklər Köçəryanın rəhbərlik etdiyi revanşist və müxalif blokun seçkilərdən dərhal sonra kütləvi itaətsizlik aksiyalarına və dövlət binalarının bloklanması taktiki gedişlərinə hazırlaşdığını bildirirlər. Paşinyan komandası isə öz növbəsində müxalifəti ölkədə sabitliyi pozmaqda və Rusiyayönümlü qüvvələrin sifarişi ilə dövlət çevrilişinə zəmin hazırlamaqda ittiham edir.