Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Vladimir Zelenskinin Konstantinova şəhərində görüş təklifinə münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, "Komsomolskaya pravda" radiosuna müsahibə verən Peskov, rəsmi Moskvanın bu təklifi dolayısı ilə rədd etdiyini və şərtini açıqladığını bildirib.
"Əgər cənab Zelenski bununla Rusiya Federasiyasına gəlməyə hazır olduğunu ifadə edirsə, biz bunu alqışlayırıq. Lakin xatırlatmaq istəyirik ki, Prezident Putin onu Moskvada qəbul etməyə hazır olduğunu demişdi. Nəticə etibarilə, Rusiya Federasiyasının paytaxtı Konstantinova deyil, Moskvadır", - deyə Peskov qeyd edib.
Mətbuat katibi əlavə edib ki, Zelenski "vacib və məsuliyyətli qərar qəbul etməyə hazır olduğu an" Moskvaya gələ bilər. Peskovun sözlərinə görə, həmin qərarların nədən ibarət olduğu Kiyev rejiminə çoxdan və yaxşı məlumdur.
Qeyd edək ki, Kremlin Konstantinovanın tamamilə Rusiya qüvvələrinin nəzarətinə keçdiyini iddia etməsindən sonra, Vladimir Zelenski bu bəyanatı "növbəti rus yalanı" adlandırıb və Putinə həmin şəhərdə görüşməyi təklif etmişdi.
Sara,
NOCOMMENT.az











