Fransa Prezidenti Emmanuel Makron Ermənistanın təhlükəsizlik sahəsində Rusiyadan asılılığını azaltmalı olduğunu bəyan edib. O qeyd edib ki, hazırda Ermənistan ərazisində hələ də 4000 Rusiya əsgəri və 1000-dən çox sərhədçisi fəaliyyət göstərir.
NOCOMMENT.az xəbər verir ki, Makron Avropanın bu ölkəyə öz sərhədlərinin təhlükəsizliyini daha müstəqil şəkildə təmin etmək üçün kömək etməli olduğunu vurğulayıb. Fransa lideri həmçinin əlavə edib ki, "bugünkü dünyada Rusiyaya çox güvənməmək daha yaxşıdır".
Bu bəyanat İrəvanın son dövrlər nümayiş etdirdiyi müstəqil xarici siyasət kursuna Parisin verdiyi növbəti açıq dəstək kimi qiymətləndirilir. Xüsusilə Rusiya rəsmilərinin Ermənistan rəhbərliyinə qarşı artan təzyiqləri fonunda Makronun bu çıxışı bölgədəki geosiyasi gərginliyi daha da dərinləşdirə bilər.
Sara,











