Mingəçevirdə universitet tələbəsi vəfat edib
NOCOMMENT.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin mühəndislik ixtisası üzrə 2-ci kurs tələbəsi, 2006-cı il təvəllüdlü Həsən Muhamməd Abdullah oğlu vəfat edib.
Qeyd edilib ki, tələbə dərsdənkənar vaxtda dostları ilə idmanla məşğul olarkən qəfildən halı pisləşib və həyatını itirib. Məlum olub ki, onun epilepsiya xəstəliyi olub
Qeyd edək ki, mərhum Sumqayıt şəhər sakinidir. O, bu bü yaşadığı şəhərdə dəfn ediləcək.
Faktla bağlı araşdırma aparılır.












