Təyyarə təcili eniş etdi - ŞOK SƏBƏB

Təyyarə təcili eniş etdi - ŞOK SƏBƏB

Türkiyədən Almaniyaya uçan sərnişinlər sərxoş halda dava salıblar. Dava səbəbindən heyət təcili eniş etməyə və təyyarənin istiqamətini dəyişməyə məcbur olub.

NOCOMMENT.az xəbər verir ki, dava sərxoş sərnişinlərdən birinin digərinin üzünə tüpürməsindən sonra baş verib.

Şahidlər bildiriblər ki, bir sərnişin əvvəlcə şüşədən birbaşa araq içib, sonra digər kişiyə hücum edib. Bir anda sərnişin şikayət edən başqa bir kişiyə qışqırmağa başlayıb. Daha sonra o, başqa bir sərnişinlə mübahisəyə başlayıb.

Şahidlərdən biri iddia edir ki, spirtli içki qəbul edən həmin qadın sərxoş halda kişinin üzünə tüpürüb.

"Bütün sərnişinlərə sakit qalmaları barədə xəbərdarlıq edən həyəcanverici bir elan verildi, əks halda Kosovoya enməli olacaqdıq. Tezliklə enişimizlə bağlı ikinci bir elan verildi"- deyə hadisənin şahidi qeyd edib.

Nəticədə, çərşənbə axşamı Londonun Qetvik Hava Limanından qalxan təyyarə Antalyadakı təyinat yerindən 650 mil aralıda eniş etmək məcburiyyətində qalıb. Təyyarə heyəti sərnişinlər arasında mübahisəni yatıra bilmədiyi üçün Kosovodakı Priştina Beynəlxalq Hava Limanına istiqamətini dəyişmək məcburiyyətində qalıb.
.
Təyyarə eniş etdikdən sonra polis dava salan iki sərnişin - bir kişi və bir qadını saxlayıb.

Aviaşirkət hadisəyə reaksiya verərək bunu pisləyib.

Bizim Telegram səhifəsinə abunə olun