Medvedev Maska dəstək verdi

Medvedev Maska dəstək verdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev amerikalı milyarder İlon Maskın Avropa İttifaqını (Aİ) parçalamaq çağırışını dəstəkləyib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Rusiyalı siyasətçi milyarderin müvafiq yazısının altında “Dəqiq” yazıb.

Mask daha əvvəl Aİ-nin dağılmasına və suverenliyin ayrı-ayrı ölkələrə qaytarılmasına çağırıb. “Aİ ləğv edilməli və suverenlik ayrı-ayrı ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər”, – nəşr qeyd edib.

Dekabrın 5-də Avropa Komissiyası Muskın sosial şəbəkəsini Rəqəmsal Xidmətlər Aktını pozduğuna görə 120 milyon avro məbləğində cərimələyib.