Seul yaxınlığındakı ABŞ Hərbi Hava Qüvvələri və Cənubi Koreya Hərbi Hava Qüvvələrinin birgə istifadə etdiyi Osan aviabazasına qanunsuz daxil olan səkkiz Cənubi Koreya tələbəsi saxlanılıb. Onlar bazaya girərkən antiamerika şüarları səsləndiriblər.
NOCOMMENT.az xəbər verir ki, dördü kişi və dördü qadın olmaqla səkkiz nəfər əvvəlcə ABŞ hərbçiləri tərəfindən saxlanılıb, daha sonra isə Cənubi Koreya polisinə təhvil verilib. Onlara qarşı ölkənin hərbi obyektlərin mühafizəsi haqqında qanununa əsasən istintaq aparılır. Saxlanılanlar ifadə verməkdən imtina etmək hüquqlarından istifadə ediblər.
Polisin məlumatına görə, qrup üzvləri "Gəlin ABŞ Hərbi Hava Qüvvələrinin 7-ci Hava Komandanlığını darmadağın edək" kimi şüarlar səsləndiriblər.
Sara,











