Ukrayna cəbhəyə əsgər əvəzinə görün nə göndərir – ruslar ŞOKDA

Ukrayna cəbhəyə əsgər əvəzinə görün nə göndərir – ruslar ŞOKDA

Ukrayna hərbçilərin həyatını qorumaq üçün cəbhə xəttinə robot sistemlərinin göndərilməsini sürətləndirib. "Bloomberg" nəşrinin məlumatına görə, son aylarda bu istiqamətdə böyük irəliləyiş əldə olunub.

NOCOMMENT.az xəbər verir ki, əgər əvvəllər yerüstü robotlar yalnız sursat daşınması və yaralıların təxliyəsi üçün istifadə olunurdusa, hazırda onlar silahlandırılır və ya minaəkən kimi tətbiq edilir.

Nəşr bildirir ki, son əməliyyatların birində dəniz dronu təqribən 11 kilometr məsafə qət edərək Kinburn dillərinə pulemyotla təchiz edilmiş "Wolly 7.62" yerüstü robotunu çatdırıb. Həmin aparat rusiyalı hərbçilərin mövqelərinə od açaraq onları sahilin bir hissəsindən geri çəkilməyə məcbur edib. Başqa bir robot isə bir əməliyyat zamanı 1500 tank əleyhinə mina quraşdırmağı bacarıb.

Bundan əlavə, Ukrayna piyada qüvvələrinin iştirakı olmadan, yalnız yerüstü robotlar və dronlar vasitəsilə Rusiya mövqesinin tam ələ keçirildiyini də bəyan edib.

Bununla belə, istehsalçıların özləri də etiraf edirlər ki, maşınlar hələlik əsgərləri tam əvəz edə bilmir – onlar ilk növbədə ən təhlükəli işlərin yerinə yetirilməsi üçün istifadə olunur.

Qeyd edək ki, ümumilikdə Ukrayna 2026-cı ildə ən azı 50 min yerüstü pilotsuz uçuş aparatı istehsal etməyi hədəfləyir.

Sara,

NOCOMMENT.az