Yanvarın 28-də “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə həbs edilən menecer Ayşe Barım bu gün üçüncü dəfə hakim qarşısına çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, “Türkiyə Respublikası hökumətini devirməyə cəhd” ittihamı ilə hakim qarşısına çıxan Barıma hakim hökm oxuyub.
O, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ayşe Barım türkiyəli Halit Ergenç, Bergüzar Korel, Hazal Kaya, Serenay Sarıkaya, Belçim Bilgin, Nejat İşler kimi məşhur sənətçilərin meneceri olub.












