Məşhur aktrisa VƏFAT ETDİ - 48 yaşında - FOTO

Məşhur aktrisa VƏFAT ETDİ - 48 yaşında - FOTO

Rusiya kino və teleserial dünyasının ən tanınmış simalarından biri, epizodik rolların ulduzu Tatyana Pletneva erkən yaşda dünyasını dəyişib. Aktrisa 48 yaşında vəfat edib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin qəfil ölümünə səbəb qaraciyər xərçəngi olub. Yaxınlarının bildirdiyinə görə, amansız xəstəliyə yoluxan aktrisa cəmi bir neçə ay ərzində tamamilə əriyərək "gözlərinin qarşısında yanıb-kül olub".

Karyerası ərzində bütöv bir kino epoxasına imza atan Tatyana Pletneva 200-dən çox film və populyar teleserialda yaddaqalan obrazlar canlandırıb. Azərbaycanda da böyük tamaşaçı auditoriyası toplayan məşhur "Mətbəx" (Kuxnya), "İnternlər", "Real ulduzlar" (Realnıye paşanı), "Sındırılmış fənərlərin küçələri", "Böcəklər" (Juki) və "İz" (Sled) kimi reytinqli ekran əsərlərində rol alan aktrisa, əsasən canlandırdığı parlaq epizodik rolları ilə yaddaşlarda dərin iz qoyub və rejissorlar tərəfindən "epizodların kraliçası" adını qazanıb.