Rusiyalı bloger Diana Aster Yaponiyanın paytaxtı Tokioda səfərdə olarkən qəfil halı pisləşərək xəstəxanalıq olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə blogerin Michelin ulduzlu restoranlardan birində dünyaca məşhur "Kobe" mal ətindən hazırlanan yeməyi daddıqdan sonra baş verib.
İddiaya görə, üç nəfərlik axşam yeməyi üçün təxminən 150 min rubl (təqribən 2700 manat) ödəyən blogerin yeməkdən iki saat sonra şiddətli qarın ağrısı və ürəkbulanması başlayıb. Vəziyyəti ağırlaşan Aster təcili yardıma müraciət edib.
Bloger öz sosial şəbəkə hesabında yaşadığı çətinliklərdən də bəhs edib. O, yapon həkimlərin əvvəlcə ona sadəcə ağrıkəsici dərman verdiyini, lakin qusma başladıqdan sonra məcburiyyətdən damcı (sistem) köçürdüyünü bildirib. Müalicə üçün ümumilikdə 70 min rubl (təqribən 1300 manat) xərcləyən 26 yaşlı Asterin hazırda vəziyyətinin yaxşı olduğu və artıq xəstəxanadan evə buraxıldığı bildirilir.
Əli Səfərli,













