Röyanın nişanından bu görüntüsü ilk dəfə yayıldı - FOTO

Röyanın nişanından bu görüntüsü ilk dəfə yayıldı - FOTO

Müğənni Tərlan Manaflı sosial şəbəkə hesabında maraqlı bir arxiv paylaşımı edib.

NOCOMMENT.az xəbər verir ki, müğənni Xalq artisti Röya Ayxanla onun keçmiş həyat yoldaşı Anar Cəlilovun illər əvvəl çəkilmiş nişan fotoşəkillərini paylaşıb.

Tərlan Manaflı paylaşımına yazdığı şərhdə həmin mərasimlə bağlı xatirəsini bölüşüb: "O vaxt sevgili olan bu cütlüyün nişan mərasimini mən oxumuşdum".

Qeyd edək ki, Röya Ayxan və Anar Cəlilov 2008-ci ildə ailə həyatı qurub, 2014-cü ildə isə rəsmən boşanıblar. Cütlüyün bu evlilikdən Hüseyn adlı bir oğlan övladı var.

Əli Səfərli, NOCOMMENT.az