Moskvada DƏHŞƏT yaşandı - İnsanlar təşviş içində

Moskvada DƏHŞƏT yaşandı - İnsanlar təşviş içində

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Moskva vilayətindəki strateji müdafiə müəssisələrindən birinə qarşı hazırladığı genişmiqyaslı dron hücumu planının qarşısının alındığını rəsmən bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, SBU həmin müəssisəni sıradan çıxarmaq üçün 35 ədəd FPV tipli pilotsuz uçuş aparatından istifadə etməyi planlaşdırırmış.

FSB əməliyyatın detalları və tutulan şəxslər barədə ictimaiyyətə əlavə təfərrüatlı məlumat təqdim etməyib, lakin bu hücum cəhdinin qarşısının alınmasını bölgədəki strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu addım kimi qiymətləndirib.