Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir.
NOCOMMENT.az xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edib.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. (Apa)










