Moskvadan İrəvana "badımcan zərbəsi": Rusiya qadağanı işə saldı!

Moskvadan İrəvana "badımcan zərbəsi": Rusiya qadağanı işə saldı!

Ermənistan hakimiyyətinin seçki öncəsi bəyanatları fonunda Moskva ilə İrəvan arasında iqtisadi və ticarət müharibəsi yeni müstəviyə keçib. Rusiya Ermənistandan gətirilən bir çox kənd təsərrüfatı məhsullarının ölkəyə girişinə qadağa qoyub.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın Baytarlıq və Phytosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") iyunun 3-dən etibarən Ermənistan mənşəli və bu ölkədən göndərilən tumlu meyvə bitkilərinin, badımcanın, kartofun və qurudulmuş meyvələrin Rusiyaya idxalına, eləcə də həmin məhsulların Avrasiya İqtisadi İttifaqına (EAEU) üzv dövlətlərə tranzitinə müvəqqəti məhdudiyyətlər tətbiq edir.

Rusiya idarəsindən verilən izahata görə, bu kəskin addım "sözügedən ölkələr tərəfindən karantin altında olan məhsulların daxil olmasını təsdiqləyən mexanizmlərin olmaması" səbəbindən atılıb.

"Məhdudiyyətlər göndərilən malların təhlükəsizliyini təmin edəcək müvafiq alqoritm hazırlayana qədər qüvvədə qalacaq. Bu, növbəti dəfə təsdiqləyir ki, Ermənistanın İqtisadiyyat Nazirliyi struktur problemləri yaşayır və kənd təsərrüfatı istehsalçılarına nəzarət sahəsində öz səlahiyyətlərinin öhdəsindən gələ bilmir", — deyə "Rosselxoznadzor"un rəsmi bəyanatında vurğulanıb.

Turan
NOCOMMENT.az