Ermənistanda keçirilən parlament seçkilərindən sonra səsvermə məntəqələrindən protokolların daxil olması prosesi davam edərkən, Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) ilk rəsmi səsvermə nəticələrini ictimaiyyətə təqdim edib. Açıqlanan ilk rəsmi rəqəmlər xaricdə yaşayan və məsafədən səs vermək hüququna malik olan vətəndaşların elektron səsverməsinin yekunlarını əks etdirir.
NOCOMMENT.az xəbər verir ki, Ermənistan MSK-nın yaydığı rəsmi məlumata görə, xaricdə elektron səsvermədə iştirak etmək hüququ olan seçicilərin ümumi sayı 537 nəfər təşkil edib. Onlardan 410 nəfəri səsvermədə fəal iştirak edib, qutulardan çıxan bülletenlərdən 22-si isə etibarsız hesab olunub.
Elektron səsvermənin rəsmi nəticələrinə əsasən, siyasi qüvvələr üzrə səslərin paylanması aşağıdakı mənzərəni ortaya qoyub:
“Mülki Müqavilə” (Vətəndaş Müqaviləsi) Partiyası (Nikol Paşinyan) – 330 səs;
“Güclü Ermənistan” Bloku (Samvel Karapetyan) – 13 səs;
“Birlik Qanadları” Partiyası – 13 səs;
“Ermənistan” Bloku (Robert Koçaryan) – 8 səs;
“Çiçəklənən Ermənistan” Partiyası (Qaqik Tsarukyan) – 5 səs;
“Ermənistan Meritokratik Partiyası” – 5 səs;
“Hamının əleyhinə” – 5 səs;
“Respublika” Partiyası – 4 səs;
“Yeni Qüvvə” Partiyası – 3 səs;
“Demokratik Birlik” Partiyası – 1 səs;
“Demokratiya, Qanun və İntizam” Partiyası – 1 səs;
“Maarifçi Ermənistan” Partiyası (Edmon Marukyan) – 1 səs.
Xaricdəki elektron səsvermənin ilkin rəsmi nəticələri də həm regional protokollar, həm də exit-poll göstəriciləri ilə üst-üstə düşərək Nikol Paşinyanın siyasi komandasının mütləq və aşkar üstünlüyünü növbəti dəfə təsdiqləyir. Ölkə daxilindəki əsas məntəqələrdən protokolların sayılması və mərkəzi sistemə yerləşdirilməsi prosesi fasiləsiz olaraq davam etdirilir.
Əli Səfərli











