Paris alovlar içində - İnsanlar ayağa qalxdı, şəhəri yandırırlar - ŞOK GÖRÜNTÜLƏR

Paris alovlar içində - İnsanlar ayağa qalxdı, şəhəri yandırırlar - ŞOK GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, futbol üzrə Dünya çempionatının yarımfinalında İspaniya millisi fransızları məğlub edərək turnirin həlledici mərhələsinə vəsiqə qazandıb.

Dallas stadionunda baş tutan bu gərgin matçda İspaniya yığması həm oyun nizamı, həm də icra etdikləri qollarla rəqibindən üstün olduğunu sübut edib. Mikel Oyarzabalın penaltidən vurduğu qol oyuna start verərkən, Pedro Porro ikinci hissədə vurduğu qolla Fransanın ümidlərini tamamilə məhv edib.

Matçın nəticəsi Fransada böyük bir sarsıntı ilə qarşılanıb. İspaniya yığmasının qələbəsi Paris küçələrində sakitliyi pozub və futbol azarkeşlərinin qəzəbinə səbəb olub.

Məğlubiyyəti həzm edə bilməyən fanatlar şəhər mərkəzində ciddi qarışıqlıqlar yaratmağa başlayıb. Küçələrə çıxan qruplar mağazaları dağıdıb və ictimai asayişi təhdid edib. Polis qüvvələri paytaxtın mərkəzi nöqtələrində iğtişaşların qarşısını almaq üçün sərt müdaxilə etməli olub. Hazırda Parisdə vəziyyət gərgin olaraq qalıb, rəsmilər isə sakitliyin bərpası üçün tədbirlər görür.

Tunar,