Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycan nefti kəskin bahalaşdı

Dünya bazarında neft qiymətlərində artım dinamikası müşahidə olunur. Ən diqqətçəkən artım isə Azərbaycanın yüngül neftində qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli 4,90 ABŞ dolları (və ya 5,52%) bahalaşaraq 93,69 dollar təşkil edib.

"Brent" markalı etalon neftin qiyməti 0,67 dollar (0,79%) artaraq 85,40 dollara yüksəlib. WTI (West Texas Intermediate) markalı ABŞ nefti isə 0,39 dollar (0,49%) dəyər qazanaraq bareli 79,73 dollara bərabər olub.