Qızılın qiyməti rekord həddə...

Qızılın qiyməti rekord həddə...

Dünya birjalarında qiymətli metalların bahalaşması fonunda Azərbaycanda da qızılın qiymətində yüksək göstəricilər qeydə alınır.

NOCOMMENT.az xəbər verir ki, dünya birjalarında (COMEX) qızılın 1 troya unsiyasının qiyməti hazırda təxminən 3 984 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Ölkə daxilində təmiz qızılın (999 əyar) 1 qramının qiyməti 224.08 AZN ilə 224.91 AZN arasında dəyişir. 1 troya unsiyasının (təxminən 31.1 qram) qiyməti isə 6 995.41 AZN ətrafında ticarət olunur./yenisabah/