Partiya sədri Makronu tənqid etdi – Səbəb

Partiya sədri Makronu tənqid etdi – Səbəb

Fransanın sağçı “Patriots” partiyasının lideri Florian Filippot Prezident Emmanuel Makronu Ukraynaya kredit dəstəyi və Rusiyaya qarşı yeni sanksiyalarla bağlı açıqlamalarına görə tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Filippot bu barədə “X” sosial şəbəkəsində yazıb.

O, bildirib ki, Makronun siyasəti Fransa vətəndaşlarının maraqlarına ziddir.

Məsələ Avropa İttifaqı çərçivəsində Ukraynaya ayrılması planlaşdırılan maliyyə dəstəyi ətrafında müzakirələrlə də əlaqələndirilir.

Aliyə
NOCOMMENT.az