Paşinyan Ermənistandakı separatçılara səsləndi: "Hamınızın kökünü kəsəcəyəm!" - VİDEO

Paşinyan Ermənistandakı separatçılara səsləndi: "Hamınızın kökünü kəsəcəyəm!" - VİDEO

Ermənistanda seçkiqabağı təşviqat prosesi olduqca maraqlı tərzdə davam edir. Xüsusən baş nazir Nikol Paşinyanın seçicilərlə görüşləri maraqlı görüntülərə səhnə olur.

NOCOMMENT.az xəbər verir ki, növbəti belə görüş İrəvanın Ərabkir rayonunda yaşanıb.

Görüş zamanı Paşinyana yaxınlaşan qadın ondan müharibə zamanı itkin düşən qardaşı barədə soruşaraq baş nazirin ünvanına ittihamlar səsləndirib. Paşinyanın qəzəbindən öz payını alan qadından sonra Artur Osipyan adlı əvvəllər Qarabağda yaşamış erməni "siyasətçi" ortalığa atılıb. Bundan sonra Paşinyan özündən çıxaraq Qarabağla bağlı fikirlər səsləndirənlərə sərt sözlər ünvanlayıb:

"Ay qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var? Qarabağın yalançı elitasısınız, rədd olun buradan! Siz kimsiniz axı?! Başınızı vurun divara, gedib övladlarınızın yerinə siz həlak olardınız".

Qəzəbi soyumayan Nikol Paşinyan ətrafda Osipyanla eyni fikri paylaşan insanları "talançı heyvanlar" adlandırıb:

"Kim sizi qoruyur, saxlayır, ay şərəfsizlər! Yalançı elitadan heç kim "Qarabağ məsələsi" deməsin. İndi Ermənistanda Qarabağın "məclisi" var, "hökuməti" var, hamısını kökündən təmizləyəcəyəm!"